“Kino formuna buna görə getmədim”

“Kino forumundan qeydiyyatdan keçdim, dəvət məktubu gəldi. Amma getmədim. Forumu vaxt itkisi saydım”.

Kulis.az xəbər verir ki, bu sözləri aktyor Hikmət Rəhimov “Çıxışa doğru” verilişində deyib. Sənətçi daha öncələr də təşkil olunan buna bənzər kino və teatrla bağlı forumların nəticəsi olmadığını vurğulayıb:

“Hətta yadımdadır ki, Cənab Prezidentin 10 illik proqramı var idi: 2008-2018-ci illər. Orada da bir çox bəndlər yer alırdı. Təəssüf ki, 10 il ərzində buna əməl edilmədi. Bəli, həmin vaxt Mədəniyyət Nazirliyində başqa kollektiv var idi. İndi yeni mədəniyyət nazir təyin edilib. Ona böyük ümidim var. İkinci dəfə rejissor kimi çəkdiyim filmdə Adil Kərimovun (mədəniyyət naziri – red.) köməkliyi olub.

İndi kino ilə bağlı illik büdcənin 6 milyon yarım olması söhbət olunası mövzudur. Biz kinonu hara üçün çəkirik və hansı keyfiyyətdə çəkirik? Bu pulla dünya kinosuna çıxmaq mümkün deyil. Burada məbləğ danışılmalıdır. Layihə hazırlanmalı, yuxarı təqdim edilməlidir ki, bu büdcə ilə iş görmək mümkün deyil. Qərar verməliyik ki, filmi bura, yoxsa Avropa üçün çəkirik? Bu pulla dünyada müharibə filmi çəkilir? Yox, çəkilmir”.

Share: