Kim Çen Inın ölüm xəbəri yayıldı

Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı suallar dünya mediasının gündəmini zəbt edib. Bəzi media orqanları onun öldüyünü, digər mənbələr isə əməliyyat olunaraq villasında müalicəsini davam etdirdiyini yazıb.

Müstəqil.AZ  xəbər verir ki, “Röyters” agentliyi Şimali Koreyanın Kim Çen Inın səhhəti ilə bağlı səssizliyini qoruduğunu yazıb. Bir neçə gün əvvəl isə rəsmi xəbər agentliyi ölkə rəhbərinin komada olduğunu elan etmişdi.

ABŞ Prezidenti Donald Tramp isə Ağ Evdəki açıqlamasında Kimlə bağlı yayılan məlumatlara inanmadığını qeyd etmişdi:

“Məncə, bu xəbərlər doğru deyil. Köhnə sənədlərin yayımlandığını eşitdim. Şimali Koreya ilə yaxşı münasibətlərimiz var. Ümid edirəm, Kim Çen yaxşıdır”.

“CNN” isə Kim Çen Inın vəziyyətinin pisləşdiyini yayıb. Sonuncu dəfə ictimaiyyət önünə aprelin 11-də çıxan Kimin 1994-cü ildə ölən və aprelin 15-də doğum günü qeyd edilən babası Kim II Sunqun anım tədbirinə qatılmaması onun öldüyü şayiələrini də bərabərliyində gətirib.

Cənubi Koreyada yayımlanan “Daily NK” nəşri Kimin aprelin 12-də Hyanqsanda ürək əməliyyatı keçirdiyini və Kumkant dağındakı villasında müalicə olunduğunu yazıb. Bildirilir ki, artıq çəkidən əziyyət çəkən və həddindən çox siqaret çəkən Şimali Koreya lideri avqustdan etibarən ürəklə bağlı problemlər yaşayıb və Paektu dağına ziyarətlərindən sonra vəziyyəti pisləşib.(Qafqazinfo)

Share: