Kim Çen In ad gününü qeyd etmədi

KXDR lideri Kim Çen Inın ad günü rəsmi bayram olmadığı üçün Şimali Koreyada heç bir xüsusi tədbir keçirilməyib.

Dövlət başçısının 39 yaşının tamam olduğu güman edilir.

Şimali Koreyanın rəsmi mənbələri Kim Çen Inın 8 yanvar 1982-ci ildə anadan olduğunu bildirir. Lakin onun doğum ilinin 1984 və ya 1983-cü il olması versiyaları da mövcuddur.

Bundan əvvəl Pxenyanın 2023-cü ildə siyasi əhəmiyyətli tarixlərdən birinə həsr oluna biləcək növbəti hərbi parada hazırlaşdığı barədə məlumat yayılıb. Paradın yanvarın 8-də Kim Çen Inın doğum günündə və ya fevralın 8-də Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümündə keçirilə biləcəyi güman edilirdi.

Lakin yanvarın 8-i Şimali Koreyada heç bir parad olmayıb.

Mənbə: rossaprimavera.ru

Share: