Kılıçdaroğlu Bakıya yardım TIR-ları göndərdi

Tarixi uğur əldə etdiniz. Torpaqlarınızı işğaldan qurtardınız. Sizin acınız bizim acımızdır, sevinciniz bizim sevincimizdir, şəhidiniz bizim şəhidimizdir. Hər yerdə, hər zaman, hər vəziyyətdə sizinləyik.

Müstəqil.Az   xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Azərbaycana göndərdiyi yardımla bağlı müraciətində deyib.

Qeyd edək ki, CHP bayrağı və Kılıçdaroğlunun posterinin olduğu TIR-larla Azərbaycana yardım göndərilib.

Müstəqil.Az 

Share: