Kermanda törədilən terror partlayışının səbəbi araşdırılır

Kermanda törədilən terror partlayışının səbəbi araşdırılır.

xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirilib.

“Faktlar təsdiqlənən kimi insanlara məlumat verəcəyik. Şayiələrə fikir verməməlidirlər”, – o deyib.

Vəhidi qeyd edib ki, ilk partlayış saat 15:00-da baş verib və insanlar köməyə toplaşanda ikinci partlayış baş verib: “İkinci partlayışda isə ölənlərin və yaralananların çoxu yaralanıb”.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib. Nəticədə 103 nəfər həlak olub, 141 nəfər yaralanıb.

Share: