Keçmiş FİFA hakimi Aleksey Spirin vəfat edib

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sovet futbolu tarixində ən gənc hakimi olmuş Aleksey Spirin vəfat edib.

TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

Aleksey Spirin 72 yaşında dünyasını dəyişib.

1952-ci ildə anadan olan Aleksey Spirin 50-dən çox beynəlxalq matçda, o cümlədən – Dünya Kuboku (1990), Avropa çempionatında (1992) və Olimpiya oyunlarında (1988) iştirak edib. Hakim karyerasını başa vurduqdan sonra Rusiya Futbol İttifaqında çalışıb.

Share: