Keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Cəlilabad rayonu, Privolnoye kənd sakini Rzayev Əfqan Məhəmməd oğlunun yaşadığı kəndin ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Müstəqil.Az-a Cəlilabad rayon prokurorluğundan məlumat verilib.

Aparılmış ilkin araşdırma zamanı Cəlilabad rayon Privolnoye bələdiyyəsinin sabiq sədri Məmmədov Qəmbər Nüsrət oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq 1 yanvar 2015-ci ildən 1 avqust 2022-ci ilədək olan müddət ərzində bələdiyyə büdcəsinə ziyan vurmaqla həmin məbləğdə pul vəsaitini israf etməsinə, işlədiyi dövr ərzində ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək rəsmi sənədləri saxtalaşdırmaqla vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Müstəqil.Az

Share: