“Keçib gedər…vallah, elə, belə olur adam ömrü…” – Kəmaləddin Qədim

BELƏ OLUR ADAM ÖMRÜ…
Yol üstündə, köç üstündə
Görmədikmi müdam ömrü?
Yiyəsizmi, verəni var,
Alanı var qadam, ömrün.
Baxın, baxın azmı bəyəm
Ara-sıra gözə dəyən;
Vaxtından tez çiçəkləyən,
Şaxta vuran badam ömrü?..
Nə fərqi var kefin, dəmin,
Ya içində dərdin, qəmin.
Əlimdəmi, bir nəvəmin
Ömürünə qatam ömrü?..
Sübh gəlib, qürub getdilər,
Günmüydü görüb getdilər?
Gör nə tez sürüb getdilər
Anam ömrü, atam ömrü…
Bir az savab, günah ilə,
Bir az şeytan, Allah ilə
Keçib gedər…vallah, elə
Belə olur adam ömrü…
Kəmaləddin Qədim
Share: