“Keçən həftə hər 44 saniyədə bir nəfər COVID-19-dan ölüb” — Qebreyesus

“Ötən həftə hər 44 saniyədə bir nəfər koronavirusdan ölüb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus mətbuat konfransı zamanı deyib.

Buna baxmayaraq, Qebreyesus qeyd edib ki, COVID-19-dan ölənlərin sayı yavaş-yavaş azalmağa başlayır. Belə ki, bu ilin fevral ayından etibarən həftəlik ölüm sayı 80% azalıb, lakin o, bu tendensiyanın davam edəcəyinə heç bir zəmanətin olmadığını diqqətə çatdırıb.

ÜST-ün eksperti Mariya van Kerkhove dünyada koronavirusa yoluxma hallarının yüksək həddə çatdığını bildirib. Onun sözlərinə görə, son vaxtlar gündə 4,4-4,5 milyon koronavirusa yoluxma halı aşkarlanıb, 67-68 minə yaxın ölüm faktı qeydə alınıb.


Share: