Karapetyan İrəvanın mərkəzində öldürüldü

İrəvanın mərkəzi restoranlarından birində baş verən atışma nəticəsində keçmiş deputat Karo Karapetyan öldürülüb.

Müstəqil.Az xəbər verir ki, İrəvan polisi 6 oktyabr saat 22:40-da Nork-Maraş rayonundakı restoranlardan birində baş verən atışma ilə bağlı siqnal daxil olduğunu açıqlayıb.

Təcili Tibbi Yardıma isə iki yaralı haqda məlumat verilib. Onlardan biri xəstəxanaya aparılarkən ölüb. Digəri isə ağır yaralıdır.

Ölənin Çiçəklənən Ermənistan Partiyasının üzvü, sabiq deputat Karo Karapetyan olduğu bildirilib.

Polis cinayəti törədən şəxsin artıq müəyyənləşdiyini və bu barədə yaxın saatlarda məlumat veriləcəyini açıqlayıb.

Müstəqil.Az

Share: