İranda şiddətli yağışlarlardan sonra ölənlər var

İranın şimalındakı Mazandaran əyalətində yağan şiddətli yağışlar nəticəsində yaranan sel daha 2 nəfərin həyatına son qoyub.

Müstəqil.Az xəbər verir ki, bu barədə əyalətin təcili tibbi yardım mərkəzi məlumat yayıb.

Yerli mətbuat yazır ki, təbii fəlakət nəticəsində elektrik dirəkləri aşıb və əyalətin kəndlərinə elektrik enerjisinin verilməsi, telefon rabitəsi kəsilib, məktəblər bağlanıb. Sel nəticəsində yolların və körpülərin sıradan çıxması kəndlərdəki insanlara yardım göstərməyi çətinləşdirib. Hadisə yerində çalışan müvafiq strukturların əməkdaşları insanları təxliyə edirlər.

Müstəqil.Az 

Share: