Gənc və istedadlı kinorejissor Samira Kidman

Respublikamızın kino sahəsində qazandığı uğurlar bu gün də davam etməkdədir. Tanınmış kino rejissorlarımızın, kino sənayemizin digər adamlarının xidməti danılmazdır. Bəs bu gün, necə kino sənayemizdə “köhnələrin” əvəzedicisi yetişirmi?

Müstəqil.Az gənc və istedadlı kino rejissoru Samira Kidmanın adını çəkməklə, bir mənalı olaraq bu suala, “hə” deyir.

Xatırladaq ki, gənc və istedadlı kinorejissor Samira Kidman Moskvada anadan olub. 2002-2006 -cı illərdə Azərbaycan Dillər Universitetində filologiya üzrə , 2010-2014-cü illərdə isə   Hindistan Kino və Televiziya İnstitutunda (FTII) montaj üzrə təhsil alı). Bir müddət Bakı Media Mərkəzində çalışıb.

Samira xanım 2010-cu ildə çəkilmiş  “Neftlə çəkilmiş portret” qısametrajlı sənədli filminin ikinci rejissor və səs rejissoru, “Oğlan evi 2” (2016, tammetrajlı bədii film) filminin isə  ikinci rejissoru olub.

Bu günlərdə doğum gününü qeyd edən rejissor xanıma yaradıcılıq uğurları arzulayırıq.
Müstəqil.Az

Share: