Karl MARKS – siyasi müdrüklik aqibəti

Kommunizmə məna verən Karl Marks oldu – dahi mütəfəkkir və alim, elmi kommunizmin banisi, böyük inqilabçı, beynəlxalq proletariatın rəhbəri və müəllimi.

Burjua düşüncəli atası Henrix Marks ilə  sosialist ideyalarının çarçısı Karl Marks arasında fikir ayrılığı olmuşdur.

Karl Marks kapitalist iqtisadi sistemi, burjuaziya və proletariat münasibətləri, dünyanın iqtisadi tarixi və dövlətin kapitalizmdəki rolunun düzgün təhlilini vermişdir.

Karl Marks proletar dünyagörüşünün, proletariatın azadlıq mübarizəsinin elmi nəzəriyyəsini işləyib hazırlamışdır.

Karl Marks azadlıq işığı yandırdı qaranlıqda – imperializmə qarşı durdu.

Karl Marks can gətirdi zəmanəyə, lərzə saldı kapitalizmə.

Zülmü, zalımı qamçılayan  Karl Marksda dahilik, qeyri-adilik, bənzərsizlik var.

Karl Marks dünya proletariatının azadlıq rəmzi kimi əbədi canlanıb.

Dəyişməz qəhrəmanlıqdır marksizm – mənası ilə, özünəməxsusluğu ilə, qüdrəti ilə, insanın özünə tam sahib olması ilə.

Marksizm istismara, köləliyə, haqsızlığa siyrilib.

Marksizm – leninizm intiqamçılıq yox, həqiqətin mənasıdır. Burjua ideoloqların marksizm-leninizmdə intiqamçılıq motivi axtarması xülyadır.

Karl Marksın ürəyində yanan əzilən, sıxılan, döyülən proletariata əbədi sevgi oldu.

Karl Marks qələmi ilə azadlığı, proletariatı qoruyurdu.

Proletariatın haqq odu Karl Marksın ruhunda idi.

Karl Marksın düşməni kapitalizm idi.

Dünyada ən dəhşətli zalımlıqları imperialistlər törədirlər.

Karl Marksın “Kapital”I çürüməkdə olan siyasi qurluşa qarşı ən böyük üsyandır.

Marksizm mənəvi – siyasi ucalıqdır.

Karl Marks beynəlxalq kommunist və fəhlə hərəkatının müdriklik simvoludur.

Marksizm heç vaxt köhəlməyəcək, bu günün mahiyyətində, mənasında bitir, hal-hal təzələnir…

 Ədalət Abdinov,

Azərbaycan Kommunistlər Birliyinin sədri 

 

Share: