Kann Film Festivalı ilin ən yaxşı filminin aktrisasını mükafatlandırdı

“Hər şey hər yerdə bir anda filmi” Oskar qazandıqdan sonra mükafat toplamaqda davam edir.

Kulis.az xəbər verir ki, bu dəfə bir çox mükafat mərasimlərinə damğasını vuran ilin ən çox danışılan filminin baş rol ifaçısı Mişel Yeoh Kann Film Festivalı tərəfindən “Kinoda Qadın” mükafatına layiq görülüb.

Yeohdan əvvəlki illərdə sözügedən mükafatı Ceyn Fonda, Geena Davis, Susan Sarandon, İzabelle Huppert, Patty Jenkins, Gong Li, Salma Hayek və Viola Davis alıb.

Məşhur aktrisa festival komitəsinin elan etdiyi mükafatını mayın 16-da başlayacaq festivalda alacaq.

Qeyd edək ki, Kann Film Festivalı 2015-ci ildən kinoya töhfə verən qadınları mükafatlandırmaq üçün “Kinoda qadın” mükafatını təqdim edir.

Share: