“Dövlətin bu infrastrukturunu bilinməyən bir ölkəyə satışa çıxara bilmərik”

“Enerjini özəl şirkətlər istehsal etsə belə, yenə də onu istehlak üçün dövlət tərəfindən qiymət nəzarəti saxlamaqla əhaliyə və müəssisələrə satılmasını təmin etməliyik”.

 “Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Elnur Allahverdiyev Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

““Barmek”, “Bayva” şirkətlərini görümüşük ki, respublikadan nə qədər pul yığdılar. Lakin 1 manat da investisiya etmədilər. 44 günlük müharibədə gördüyümüz kimi ordumuz kəndləri azad edə-edə getdikcə arxasınca “Azərişıq” “Azəravtoyol” “Azərenerji” gedib. Bu gün bu infrastrukturu yaradan dövlətdir. Bu gün dövlətin bu infrastrukturunu bilinməyən bir ölkəyə satışa çıxara bilmərik. Özəlləşdirməyə çıxara bilmərik. Bu, Azərbaycan üçün çox tezdir. Azərbaycan nefti, işığı, qazı öz əlində saxlamalıdır. Bəli özəl sektor inkişaf etməlidir, lakin yuxarıda qeyd etdiyim strateji ünsürlər dövlətin əlində olmaldır”, – deyə deputat vurğulayıb.


Share: