Kanadada təyyarə avtomobil yoluna məcburi eniş etdi – VİDEO

Kanadada yüngülmotorlu təyyarə avtomobil yoluna məcburi eniş edib.

Müstəqil.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kalqari şəhərində qeydə alınıb. İlkin ehtimala əsasən, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İnsidentin səbəbləri araşdırılır.

Share: