Kanada və ABŞ Şimali Amerika azad ticarət zonası üzrə razılaşma (NAFTA) əldə edib.

Kanada və ABŞ Şimali Amerika azad ticarət zonası üzrə razılaşma (NAFTA) əldə edib.

Müstəqil.az xəbər verir ki, bu haqda yüksək vəzifəli amerikalı mənbəyə istinadən Kanadanın CTV News telekanalı bildirib.

Telekanalın məlumatına görə, razılıq əldə olunsa da, o hələ qəti təsdiq edilməyib. Mənbə həmçinin bildirib ki, tezliklə Kanadanın Xarici İşlər Nazirliyinin başçısı Xristya Friland və ABŞ-ın ticarət nümayəndəsi Robert Laytxayzerin birgə bəyanatı gözlənilir.

Qeyd edək ki, prezident Donald Trampın təkidi ilə ABŞ Meksika və Kanada ilə NAFTA azad ticarət zonasının aktuallaşdırması üzrə danışıqlar aparır.

Share: