Kanada məktəbində şagird üç nəfəri bıçaqladı

Kanadanın Halifaks şəhərində polis üç nəfəri bıçaqlayan orta məktəb şagirdini həbs edib.

Hadisə Bedford məktəbində baş verib.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Dəqiq kimlərin zərər çəkdiyi və zədələrin xarakteri açıqlanmayıb.

Hücumdan sonra məktəbdə dərslər ləğv edilib.

Polis ictimai təhlükəsizliyə heç bir təhdid olmadığını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: iz.ru

Share: