Kanada “kraliçası” ölkə sakinlərini edamla hədələdi

Özünü Kanada kraliçası elan edən Romana Didulo və onun ardıcılları Kanadanın Saskaçevan əyalətindəki kiçik Riçmond şəhərini ələ keçirməyə çalışırlar.

Məlumata görə, söhbət sui-qəsd nəzəriyyələri ətrafında formalaşan sektadan gedir.

Bir neçə il əvvəl özünü Kanada kraliçası elan edən 48 yaşlı Didulo sentyabrın 13-də Riçmonda gəlib. O, həmkarları ilə birlikdə tərk edilmiş məktəbi ələ keçirib, ətrafı tikanlı məftillərlə əhatə edib və mühafizəçilər qoyub. Yerli sakinlər onların qovulması tələbi ilə aksiya keçirsələr də, nəticəsi olmayıb.

Bu arada, sektanın ardıcılları şəhəri gəzməyə, sakinlərin fotoşəkillərini çəkməyə və onlara, eləcə də şəhər rəhbərliyinə açıq edamlarla hədələyən məktublar göndərməyə başlayıblar.

Təhdidlə də üzləşən Riçmond meri Bred Miller kömək istəmək üçün yerli parlamentə getdiyini bildirib. Yaxın vaxtlarda merin nümayəndələri Saskaçevanın ədliyyə naziri ilə görüşəcək, lakin bu təmasların nəyə gətirib çıxaracağı hələlik məlum deyil.

Bildirilir ki, merin şikayətlərindən sonra Kanada Kral Atlı Polisi şəhərə mobil dəstə göndərib.

Mənbə: news.ru

Share: