Kamran kapitan: əminliklə deyə bilərəm ki,  dənizdən aldığım itirdiyimdən  daha çoxdur

Müstəqil.Az-ın “Dənizçilər Sosial Dəstək” İctimai Birliyi ilə birgə birgə hazırladığı  ”Dənizçi  həyatı” layihəsinin budəfəki qonağı AXDG QSC DND -nın  “Prezident Heydər Əliyev” gəmisinin kapitanı İbrahimov Kamran Məhərrəm oğludur

– Kamran müəllim, xoş gördük, necəsiz?

– Yaxşı olasız. Də nizçinin yaxşı olması üçün bir neçə sə bəb lazım olur, sadalamadan deyirəm ki, yaxşıyam.

– Məlumunuz olsun ki, sizinlə söhbətimiz “Dənizçilər Sosial Dəstək” İctimai Birliyinin və Müstəqil.az-ın birgə layihəsi olan ”Dənizçi  həyatı” layihəsində baş tutur. Əvvəlcə oxucularımıza özünüz haqda məlumat vermənizi xahiş edirəm.

-1971-ci ilin bsentyabr ayının 24-də  Qərbi Azərbaycanın Basarkeçər rayonunun Şişqaya kəndində anadan olmuşam. 1988- ci ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Dənizçilik peşəsini seçmişəm. Elə həmin ildə də Qafur Məmmədov adına Dəniz Yolları Məktəbinin “Gəmi sürücusü” ixtisasına daxil olmuşam. 1991-ci ildə  həmin ixtisas üzrə məktəbi bitirdikdən sonra “AXDG” idarəsinə   məxsus “Marşal Vorobyov” quru yük gəmisində matros kimi işə başlamışam. 2009-cu- ilə kapitan vəzifəsinə yüksələnə qədər gəmilərdə müxtəlif vəzifələrdə çalışmışam.  2010 -cu ildən bu günə kimi “Prezident Heydər Əliyev” gəmisində kapitan işləyirəm.

-Dənizçi həyatınızda əlamətdar hadisələr də az olmayıb, deyəsən.
– Elədir. Əməyimə, təcrübəmə verilən dəyərlərdən birini desəm kifayətlənmək olar, məncə. Belə ki, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 24 iyun tarixli 578 nömrəli sərəncamı ilə ” TƏRƏQQİ ” medalı ilə təltif olunmuşam.

– Kamran kapitan, dənizdən çox çox uzaqlarda doğulmusuz. Basarkeçər dağlıq ərazidier. Maraqlıdır, necə oldu ki, sizdə dənizçi olmaq istəyi yarandı?

– Bu, bir təsadüfdən yarandı da demək olar. Hələ orta məktəbdə oxuyarkən qəzetdə Qafur Məmmədov  adına Bakı Dəniz Yolları Məktəbinin elanı dərc olunmuşdu, elanı oxuduqdan  sonra   qərara gəldim ki dənizçi olum. Həm də mənim uşaqlığım dənizdən kənarda keçsə də  Göyçə gölünün sahilində keçib. Çox güman ki, bunun da dənizçi olmağımda böyük rolu olub.

-Bəzən insanlarımız seçimində yanıldıqlarını etiraf edir, bu sahəni deyil, başqasını seçərdim deyib də təəssülənirlər. Siz belə halları heç yaşadınızmı?

-Əsla heç bir təəssüf və peşimançılığım olmayıb, əksinə öz peşəmi günbəgün  daha çox sevir və məsuliyyətlə icra edirəm. Başqalarının da bu sahəyə ürəklə bağlanmasına vəsilə oluram

– Lahiyəmizin adı “Dənizçi həyatı”dır. Bu həyat  dedikdə nə başa düşülür. Siz bu həyatı necə xarakterizə edərdiz?

-Dənizçi həyatı səbr, dözüm və iradə tələb edir. Bununla bərabər gərək dənizçi olaraq öz peşəni də ən yüksək səviyyədə bilməli və icra etməlisənki, həyatın maraqlı və xoş xatirələrlə xatırlana bilsin.

– Məlumdur ki, həyatda qazandıqlarımızla bərabər yetişə bilmədiklərimiz də olur.

-Dəniz, eləcə də dənizçi həyatı  nə qədər maraqlı və gözəl olsa da dənizdə keçirdiyin zaman, əlbəttə ki,  ailəndən və doğmalarından uzaq olmağın deməkdir. Bununla belə, bu iki hal arasındakı tərs mütənasiblikdən başqa, əminliklə deyə bilərəm ki,  dənizdən aldığım itirdiyimdən  daha çoxdur.

-Məlumdur ki, dənizçilərin həyatında məcara dolu günlər heç də az olmur. Sizin yaddaşınızda qalan ən maraqlı hadisələr  hansıdır?

Dənizdə bütün günlər  bir-birindən maraqlı olur, desəm ifrata varmaram. Televiziya verlişlərində gördüklərimiz,  kitablardan oxuduğumuz coğrafi yerləri öz gözlərimizlə canlı görürük.

Məsələn; Avropanı Asiyadan ayıran su sərhədləri, Volqa-Balt kanalı ilə Baltik dənizinə çıxış, Karinf kanalına, Süveyş kanalından Qırmızı dənizə keçmək, Misir ehramlarını və digər yerləri  görmək mənim üçün ən yadda qalan hadisələr idi. Sözssüz ki, həyatımızda macəra dolu anlar da az olmayıb.

-Biliklərinizi,təcrübənizi, gördüklərinizi kimlərlə əsasən paylaşırsız?  

” AXDG” ” QSC ” “DND” işlədiyim bu uzun müddətdə öyrəndiyim, bilik və topladığım təcrübəni əsasən gənclərə və bu peşəyə yeni gələnlər ilə paylaşmağım mənim üçün sevindirici və qürurverici haldır. Bilirsiniz, görmüşük, götürmüşük, öyrənmişik, bizə tövsiyyə və istiqamət verənlər olub, gərək biz də gənclərə öyrədək.

-Bir halda ki, gəncləri qeyd etdiz, deyin, bu günün gənc dənizçi nəslinin sizin dövrün gəncləri ilə müqayisədə hansı fərqləri daha çox müşahidə etmək olar?

Dövlətimizin müstəqilliyi dövründəki inkişafını nəzərə alsaq gənclərin müasir texnalogiyaya yiyələnməsi və xarici dil qabiliyyətləri bizim dövrün gəncləri ilə müqayisədə daha çox nəzərə çarpacaqdır. Bu günün gəncləri daha çox biliyə sahib çıxırlar.

– Ölkədən kənarda çox olmusuz, Azərbaycan dənizçisi olaraq ölkəmizin təmsil edilməsində hər hansı bir sıxıəntı ilə qarşılaşmamısız ki, məlumdur ki, ölkəmizə qarşı dünyada heç də hər kəs mehriban , dost mövqe sərgiləmir.  

-Əlbətdə başqa ölkələrdə biz öz dövlətimizi təmsil edirik, buna görə də ən doğru şəkildə hərəkət edib ünsiyyət qurmağa çalışırıq. Və buna  nail də oluruq. Həm də hansı  ölkədə insanlara necə münasibət göstərirsənsə, ona uyğun qarşılıq görürsən. Ancaq Türkiyə və Avropada dənizçiyə qarşı  daha səmimi münasibət və diqqət var.

Gənc dənizçi nəslinə nələri tövsiyyə edərdiz?

-Gənc dənizçilərə tövsiyyəm budur ki, daim yeni  biliklər öyrənməyə və çalışmağa açıq olsunlar, çətinliklərdən qorxmasınlar.

-Müsahibəyə vaxt ayırdığınıza görə çox sağ olun.

-Mən də öz növbəmdə Sizə və rəhbəri olduğunuz DSD İB-nə, Müstəqil.Az saytına təşəkkür edirəm ki, dənizçilərimizi daima diqqətdə saxlayırsız.

Söhbətləşdi: Faiq Balabəyli

Share: