Kamal Kılıcdaroğlu: “Ürəyimiz Azərbaycanladır”

CHP lideri Kamal Kılıcdaroğlu Türkiyə parlamentində (TBMM) çıxışı zamanı xalq olaraq hər zaman Azərbaycanın yanında olduqlarını deyib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Kılıçdaroğlu bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulmalıdır:

“83 milyon olaraq ürəyimiz Azərbaycanla… Birliyi və bütünlüyü qoruyaraq işğalı bitirmək lazımdır. Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu deyir”.

O qeyd edib ki, cənab İlham Əliyev də bu barədə “Bizim Ermənistan xalqı ilə problemimiz yoxdur, amma Ermənistan rəhbərliyi ilə var”, – deyə qəti açıqlamalar edib.

Share: