Gecənin bir vaxtı on altı ilin dustağı olan Beyrəyi qala divarlarından orqanla sallayıb Oğuz elinə qaçırandan sonra Bayburd bəyinin məhbub qızı bir xeyli həsrətlə onun arxasınca baxdı. Beyrək kölgə kimi divar dibinə sığına-sığına qalaatlarının saxlandığı tövləyə tərəf gəldi. O bilirdi ki, qardaşıqədər sevdiyi Boz ayğır burda saxlanır. Uzun zamandırçıxarmadığı kişnərti səsini ciyərinin ən dərin yerindən çıxarıbhayqırmadımı, hayqırdı. Vaxtilə o bu cür Boz ayğırını çağırar, Boz ayğır da onun səsinə çaparaq gələrdi. İndi də elə oldu. Heçelə bil, aradan on altı il keçməmişdi. Boz at Beyrəyin səsinə ağızdolusu kişnəyib səs verdi və atların arasından sıyrılıb Beyrəyətərəf götürüldü. Beyrək ona yalmanan atını bir tumarladı, birtumarladı, Boz ayğırın gözləri ləzzətdən süzüldü. Bu ləzzətiniçində köhnə, əziz günlərin sevgi dolu sevinci hər ikisinincanından bir anlıq da olsa ildırım sürətilə çaparaq keçib getdi.
Artıq ləngimək olmazdı. Ata minib yola düşmək zamanı idi. Beyrək durduğu yerdəncə elə bir sıçramaq sıçradı ki, Boz atınbelinə qonmamış qala divarının üstündə heykəl kimi dayanıbdonmuş Bayburd qızının bərabərinə uçub qalxdı və qızınməhzun, işıq saçan baxışları Beyrəyin üzünə meh kimi dəyibqəribə bir cazibə ilə onu havadaca öz qənşərində tutub saxladı. Qızın ona deyəcəyi vardı. Qız dedi:
– Əgər sağlıqla gedib elinə, obana qovuşarsansa, geri dönübməni halallığa alarsanmı? Mən ki sənə könlümü verdim, bilirsən. Bunu unutma.
Beyrəyin şəfqət damarı qeynədi. Gözlərini yumdu, bu qızlakeçirdiyi və dərdi-qəmi unutduğu, deyib-güldüyü, qızın onadanışdığı cürbəcür rəvayətləri, nağılları xatırladı. Bayburdqızının gözlərindən süzülən işıq Beyrəyi ahənrüba kimi hələ dəhavada tutub saxlayırdı. Bu sevimli kafir qızı intizarla ondancavab adına bir söz gözləyirdi. Beyrək düşünüb-daşınmadanqətiyyətlə ona belə bir cavab verdi:
– Oxuma sancılayım! Qılıncıma doğranayım! Əgər gəlib sənihalallığa almaz isəm. Oğuz yolu – əzab dolu. Burax məni, gedim… İşığını çevir məndən. İnan, mənə… İnan!
Beyrəyin bu sözlərindən sonra Bayburd qızının gözləri yaşla, qəlbi inamla doldu. Onun gözlərindən süzülən və Beyrəyi hələdə tutub saxlayan işıq son dəfə parladı və daha sonra işığın arasıkəsildi. İşıq kəsilən kimi, Beyrək canını bu məşəqqətli işıqdanqurtaran kimi o, bir quş tükü olub, yavaş-yavaş havada yellənə-yellənə aşağıdaca durub qulaqlarını şəkləmiş Boz ayğırın belinəqondu. Boz ayğır daha gözləmədi. Balası yanına qaçırmış kimidördnala Oğuza aparan yola düşdü. Kafir qızı hasar üstə qaldıtənha, tək…
Beyrək əvvəllər də şübhələnirdi ki, Bayburd qızının bəzisehrbazlıq səriştəsi vardır. İndi də at belində yolun bağrınıyardıqca şübhəsinin həqiqət olduğuna inandı və belə düşündü: “Əlbəttə, bu belədir. Əgər belə olmasa idi, o zaman necə olabilərdi ki, bu on yeddi il boyu bir dəfə də olsun doğma yurdumu, el-obamı, atamı, anamı, hələ sevdiyim, könül verdiyim, beşikgərtmə nişanlım Banuçiçəyi xatırlamadım?! Dostlarımı, düşmənlərimi yada salmadım?! Bazirganlar qala divarlarınınaltında Dədəm Qorqud sazını çalıb doğma nəğmələri oxumasaidilər, bu huşsuzluq, bu ayrılıq nə zamana qədər sürəcəkdi?!”
Boz ayğır ağır-ağır nəfəs alıb on dörd günlük ayın onagöstərdiyi yolun bağrını yardıqca Beyrək xatırlayırdı. Onunyadına sevdiyi, könül verdiyi Banuçiçəyi də elə bəzirganlarsalmadımı, bazirganlar saldı. Atasını, anasını, bacılarını yadınabazirganlar saldı. Oğuz ellərini — çəmənləri, düzləri, qayaları, dağları, buz kimi soyuq bulaqları, ceyranları, cüyürləri, aslanyataqlarını bazirganlar onun yadına saldı. Beyrək sanki bütün buillər ərzində ölmüş, böyücük bir uyquya getmiş, indi isəbazirganların doğma səslərini eşidəndən sonra bircə anın içindədirilmiş, bu uyqudan oyanmışdı. Bayburddakı Beyrək Beyrəkdeyildi, Oğuz yolunda isə o yenidən Beyrəyə döndü.
Bazirganlar onun atası Baybura bəyin bazirganları idi vəBaybura bəy Banuçiçəyin düyünündən bir qədər əvvəl sonümidlə onları Beyrəyi axtarmağa göndərmişdi. Onlar da oba-oba, yurd-yurd gəzib on altı il səsi-sorağı gəlməyən Beyrəyi, nəhayət ki, Bayburd hasarında tapmışdılar. Oğuzda belə bir adətvardı: kimisə axtarırdınsa saz götürüb çala-çala, ondan da eynişəkildə cavab ala-ala istəyinə çatırdın. Bu dəfə də əlləri həryerdən üzülən bazirganların Qorqud sazının səsinə Bayburdhasarından Beyrək səs vermiş, onlar beləcə tapışmış və BeyrəkOğuzda onsuz baş verənləri bazirganlardan öyrənmişdi. Sevimliatası Baybura bəyin Beyrəyin həsrətilə ağlamaqdan kor olması, Basatın Təpəgözlə ölüm-dirim savaşı, Salur Qazanın əsirdüşməsi və sonra əsirlikdən xilas edilməsi, Dəli Domrulun özxatununu Əzrayılın əlindən alması, Dirsə xanınsadəlövhlüyündən istifadə edən qırx namərd arxadaşının onunbaşına gətirdikləri və Buğacın comərdliyi bazirganların ona sazilə oxuduqları dəhşətli xəbərlər idi. Onun sevgilisi BanuçiçəyiYalançı oğlu Yalançıya ərə verəcəkdilər. Yalançı oğlu onunölüm xəbərini Oğuza gətirmişdi. Bunları eşidən Beyrəyin başıhərləndi, ürəyi dayandı. Sonra o guphagupla vuran ürəkdöyüntülərini qulağında apaydın eşitdi. Beyrək elə bu zaman biranın içində bütün olub-keçənləri xatırladı və pərişan bir haldayerə çöküb ah-zar etməyə başladı. Bayburd hasarından qaçıbcanını qurtarmaq və beşikgərtməsi Banuçiçəyə qovuşmaq üçünyollar aradı. Çıxış yolu Beyrəyin heç gözləmədiyi bir yöndəngəlmədimi, gəldi. Çıxış yolu nə qədər qəribə olsa da Bayburdqızından gəldi…
…Sabaha qədər Beyrək durmadan at çapdı. Günəşin ilk şüalarıonun yolunu işıqlandıranda yol qırağında gözünə bir nəhəngağac və bu ağacın altından fışqırıb axan bir bulaq göründü. Bu bulağın suları dəcəl-dəcəl bir-birilə boğuşur kimi axıb gedirdi. Bulağın başındakı qollu-budaqlı palıd ağacının budaqları isəgöylərə baş vururdu. Bu budaqlar sanki çoxlu-çoxlu qollaradönüb torpağa üz tutaraq bulağı bağrına basmaq, qucaqlamaqistəyirdi. Budaqların, yarpaqların xışıltısı bulağa sanki ağacdilində nəsə deyir, bulaq da ona su dilində cavab verirdi. Beyrəkonların dilini anlamadı. O ağacın altında Beyrək Boz ayğırınyalmanına əlilə tanış bir tumar çəkdi və Boz ayğır qəfildən yerəmıxlanıb dayandı, ayaqları ilə torpağı eşməyə başladı. Beyrəksıçrayaraq atdan endi. Boz ayğır suya getdi, Beyrək özünü qədd-qamətli ağacın altına verdi. Yerə uzandı, əllərini başına yastıqedib sakitcə qaldı. Yol yorğunu olmuşdu. Canından yorğunluqçıxmağa başlarkən yuxu onu yavaş-yavaş ahənrüba kimi çəkibhansısa başqa bir dünyaya apardı. Ol zamanlar Oğuz igidləriuzun bir yola çıxıb yorğunluq əlindən yatdığı zaman sanki budünyadan ayrılır, gözlərinə mələklər və şeytanlar, qəribəməxluqlar, cin-şəyatin dolu yuxular girirdi. Onlar özlərini buyuxuların qəribə məxluqlarının arasında görür və onları bu şirinvə maraqlı uyqudan oyandırmaq heç cür mümkün olmurdı. Bu halın adına küçücük ölüm derlərdi. Beyrək xatırlayırdı: Salur Qazan, Qanturalı da beləcə küçücük ölümə dalmışdılar. Onlarıancaq yeddi gün, yeddi gecədən sonra oyandıra bildilər. İndi dəküçücük ölüm onu gəlib tapmışdı.
Beyrək uyquya getməzdən bir an öncə yorğunluqdan süzüləngözlərilə səmaya nəzər saldı və uzaqlarda böyük bir bulud topasısezdi. Bu bulud topasının altı ilə böyük bir qoşun əhli əllərindəqılınc qara-qara atların üstündə qışqıra-bağıra uçaraq keçibuzaqlarda əriyirdi. Qoşunun başında başı yox birisi kəsikkəlləsini əlində tutub sinəsinə sıxmış halda uçurdu. Bu kəsikkəllədə bir göz var idi. Təkgöz uçduqca hiddətli-hiddətliarxasınca gələnləri, bəlkə də arxada qoyub gəldiklərini təhdidedirdi. Bir xeyli bu qoşun Beyrəyin başı üstdən uçub getdi, uzaqlarda əriyib gözdən itdi. Beyrək baxışları ilə Təkgözünsonuncu əskərini də yola saldı. Göylə uçub gedən bu ordu kiminordusu idi?! Təkgöz kim idi?! O niyə oğuz tərəfdən uçu-uçaOğuzda qalanları təhdid etmiş olsun?! Amma Beyrək bilmirdiki, Oğuz elinə gəlib Oğuzu zəbun etmiş Təpəgöz elə bu Təkgözidi. Onunla savaşan neçə igidi qanına qəltan bu etmişdi. AruzQocanın oğlu Basat Təkgözün başını kəsəndən sonra Təkgöz də, ordusu da göyün yeddi qatına qalxıb gözdən itmişdilər. İndi dəhansı məkandan ki Oğuza gəlmişdilər, naəlac oraya uçubqayıdırdılar.
Beyrəyin gözləri yumuldu, o, ağır bir uyquya dalmağa başladı. Beyrək sanki dərin və qaranlıq bir quyuya yuvarlanırdı. Qocaman ağacın budaqları, budaqların yarpaqları xışıldaya-xışıldaya ona lay-lay deyirdilər.
Beyrək uyquya gedər-getməz mavi səmadan bir böyük ağ buludtopası ağacın altına qədər süzülüb gəldi və Beyrəyin başınınüstünü aldı. Bulud topasının dərinində gözəl bir saray göründü. Bu saraydan Beyrəyin yatdığı yerədək bir ağappaq mərmərdənpilləkən açıldı. Bu saray da, bu pilləkən də, bu sarayın içindəkiqul-xəlayiq də hamısı buluddan ibarət idilər. Hər tərəfində bəyazçiçəklər açmış və qızıl şamdanlara sancılmış şamlar yanırdı. Onlar da eynən bulud idilər. Ətrafı əsrarəngiz işıq bürüyürdü. Şamlar elə şövqlə yanırdı ki, ətrafda işığın sahibi olan sabahınhər bucağını zülmətdəymiş kimi işıqlandırırdı. Sarayınqapısından açılan pilləkənlə Beyrək tərəfə böyük bir ehtiramlaqəribə geyimli qul-xəlayiq enməyə başladı. Onlar yatmışBeyrəyə ehtiyatla yanaşdılar və onu əlləri üstünə aldılar. Sonra başları üstünə qaldırdıqları Beyrəklə bir yerdə haman pilləkənləbulud topasının içinə doğru qalxmağa başladılar. Beyrək uyquyagetdiyindən bunların heç birini duymadı.
Bu göylərə baş vuran sarayın, bu sarayın ətrafındakı buludlaraləminin sahibəsi Bulud xatun adlı gözəllər gözəli bir mələk idi. Saray da, qul-xəlayiq də, sarayın ətrafındakı qəribə və əcayibməxluqat da ona məxsus idilər.
Bulud xatun Beyrəyi özünün ağ mərmərdən ucaldılmış sarayınınqapısında qarşıladı. Beyrəyi ehtiyatla onun qarşısındakı ağsandalyaya oturtdular. Bulud xatun Beyrəyə diqqətlə və sınayıcıbaxışla nəzər yetirib heç nə demədən əlilə yaxından üzüb keçənbir parça buludu havadaca tutdu. O bulud parçası onun gözələlində ağ şərbətlə dolu bir piyaləyə çevrildi. Bulud xatunBeyrəyin başı üstünə əyilib bu piyaləni Beyrəyin dodaqlarınatutdu. Bir damla ağ şərbətdən ona içirdi. Beyrək anındacagözlərini açdı. Küçücük ölüm şeytani qiyafəsiylə Beyrəyincanından istəməyə-istəməyə ayrıldı, Bulud xatuna bir nifrətlibaxış atdı və ətrafdakı buludların arasıyla uzaqlaşıb əridi. Beyrək gözlərini açandan sonra sonsuz bir maraqla ətrafını seyreləməyə başladı.
Beyrək burada nə görürdüsə buluda oxşadırdı. Amma əli nəyədəyirdisə hiss edirdi ki, canlı bir nəyəsə toxunur. Bulud xatunnəvazişlə ona baxmaqda idi. Beyrək onun gözəlliyindən əriyərəkkəmali-ədəb ilə soruşdu:
– Sən kimsən, xatun? Mən burada nə edirəm?
Bulud xatun özü qədər incə səsilə ona cavab verdi:
– Bura artıq sənin yeni evindir, Beyrək. Sən ki mənim niyyətağacımın altında oturdun, mən səni yardımsız qoya bilməzdim. Sən yardım istədin, mən də o yardımı sənə verəcəyəm. Mənqoymanam, sən getmək istədiyin yerə gedib namərd əlilə qətləyetirilmiş olasan. Bax ətrafına. Burda nə varsa, gözünə nəgörükürsə artıq sənindir. Sən isə mənimsən.
Beyrək bu gözəl xatunun sözlərindən heç nə anlamadı. Sualınıtəkrar etdi:
– Hələ bir de görüm, sən kimsən?
– Eləmi dersən? Amma bir düşün, mən dediyimi sən necəgörəcəksən? Sən deyilənləri görə bilirmisən? Amma əgər səndediklərini həm də görmək istərsənsə mən onu dəxi sənəgöstərərəm. İstərmisən?!- Bulud xatun naz ilə gülümsəyərəkonun sualına sual ilə cavab verdi.
Beyrək həqqən bu xatunun dediklərinə bilmədi ki, nə söyləsin. Bulud xatun camal yiyəsi olduğu qədər, həm də kamal yiyəsiidi. Bulud xatun onun çaşqınlığını görüb bu dəfə xeylinazikcəsinə səsləndi:
– Mən Bulud xatunam, igidim. Bu gördüyün yaxındakı, uzaqdakı buludların sahibəsi mənəm. O buludlara mən həyatverə bilirəm və mən onları əridib yox edə bilirəm. Bax, o buludtopasına bax. Əslində, onlar bulud parçaları deyillər. Onlarmənim atlarımdır. Sənin Boz ayğırın da artıq onların içindədir. Amma onu hər necə çağırsan da, o səninlə bir yerdə yer üzünəqayıda bilməyəcək. Yüksəklikdən yerə dəyib param-parçaolacaqsınız. Beynindən keçənləri unutsan yaxşıdır.
Bulud xatun Beyrəyin beynindən keçənləri o andaca duymuşduvə onu bu fikrindən daşındırmaq istədi.
Beyrək daha dinmədi. Anladı ki, gözəllər gözəli Bulud xatunonun nə düşündüyünü oxuya bilir. Onun üçün də heç bir şeybarədə düşünməməyə qərar verdi. Bulud xatun işarə etdi vəqullar yenə Beyrəyi əhatəyə aldılar. Onu oturduğu sandalyadanqaldırdılar və hər iki qolundan yapışaraq sarayın yuxarısına, onun üçün xüsusi hazırlanmış bəmbəyaz, geniş bir otağaapardılar. Bu otaq səliqəsi və düzəni ilə göz qamaşdırırdı. Beyrək otağa baxıb orada sağ küncdə bir böyük pəncərə gördü. Yaxınlaşıb pəncərədən baxdı. Bulud xatunun sarayı səmadasürətlə uçurdu. Hər tərəf ağappaq bulud idi. Alçaqdan, hündürdən uçan, gah aslana, gah ceyrana, gah dəvəyə, gah ataçevrilən bulud topaları hər tərəfi tutmuş idi. Aşağıda, çox-çoxuzaqlarda evlər, saraylar, qəsrlər, şəhərlər, ölkələr var idi. Onlarbir-birini yavaş-yavaş əvəz edirdi. Beyrək onu bura gətirənlərədedi:
– Dinlənmək istirəm.
Qullar bir an içində əriyib yox oldular. Beyrək çarpayıya uzandı. Aşağıda, böyük ağacın altında yatdığı yuxu o qədər şirin və o qədər rahat idi ki… Bir daha belə bir rahat yuxuya gedəcəyinəinanmırdı. Amma o düşünən kimi olmadı. Rahat və şirin biryuxu yenə də onu öz ağuşuna aldı.
Beyrək yuxudan ayılanda gördü ki, Bulud xatun onun yanındauzanıb, gözlərini onun gözlərinə dikib və bir əli ilə onunsaçlarını tumarlayır.
Bulud xatun dedi:
– Mən heç vədə sənin qədər yaraşıqlı igidə rast gəlmədim. Bilirsınmi, mənim yaşım dünyanın yaşı qədərdir. Bura da niyyətağacımın altından çox igidləri alıb gətirdim. Heç biri sənin kimideyildi.
Beyrəyin şəfqət damarı yenə də qeynəməyə başladı.
Bulud xatun sevgi dolu bir nəvazişlə ona baxırdı.
Beləcə zaman ötüb keçməyə başladı. Amma bulud içindəki vəyer üzündəki zaman eyni zaman deyildilər. Yer üzündəki zaman ağır-ağır keçirdi, çünki üstündəki yük – insanlar, evlər, qəsrlərçox idilər. Bu, ağırlıq demək idi. Buludlar isə quş lələyi kimiyumşaq və çəkisiz… Onlardakı zamanın sürəti böyük idi. Bu zamanlar bir-birinə uyuşmur və bu uyuşmazlığa cavab olaraqbuludlar tərəfindən aşağı uzun sürəli yağışlar, sellər axırdı. Onlar insanları, obaları yuyub aparmaq, yer üzünün sonundan o yandakı boşluğa atmaq dilərdilər. Onlar bu şəkildə yer üzünüəlavə yükdən xilas etmək istərdilər. Amma yer üzünün sürətibundan artırdımı, artmırdı. Hərdən bu buludlar yer üzünə yağışəvəzinə dəvələr, şirlər göndərir, yer üzündəkilərin sayını buşəkildə azaltmaq istirdilər. Bu da bir nəticə vermirdi. Çünkiinsanlar durmadan çoxalmaqda idilər.
Beyrək bir müddət Bulud xatunun himayəsində beləcə ömürsürüb durdu. Bulud xatun Beyrəyə isinişmişdi. Onların söhbətituturdu. Bulud xatun Beyrəyə yer üzündəki insanlardan, ellərdən, obalardan, yurdlardan, dağlardan, çaylardan, dənizlərdən danışır, bəzən sözlərinə sübut kimi uzaq-uzaqdənizlərdə üzən balıqlardan söz açır, hətta bu balıqları buludhalında Beyrəyin gözünə görükdürürdü. Bu zaman hamanbalıqlar Bəyaz sarayın qabağından dənizdə üzən kimi üzübkeçir, hətta başları ilə Beyrəyə salam belə verirdilər. Beyrəyinhər bir arzusu anındaca yerinə yetirdi. Bulud xatun bütünmehrini Beyrəyə salmışdı. Xatun Beyrəyi sevmişdi. Beyrək tam olaraq onun qəsd etdiyi bir cəngavər idi. Yaraşıqlı, sözünündüzənini bilən, elinə, obasına sədaqətli birisi idi. Bulud xatunBeyrəklə sonsuza qədər bu buluddan ucaldılmış saraydayaşamaq istərdi. Amma gərək idi ki, bunu Beyrəyin özü dəistəyə idi. Beyrək isə məhzun-məhzun buludların üstündə, içində gəzib-dolaşır, yuxarıdan aşağı yer üzünə baxdıqca baxır, sanki nəyisə xatırlamaq istəyir, amma xatırlaya bilmirdi. Beyrəknə isə itirmiş adama bənzəyirdi, amma nə itirdiyini özü dəbilmirdi. Beyrəyin qəlbinin dərinlikləri nəyisə, kimisəxatırlamaq istirdi, amma özü də bilmirdi ki, bu nə isə, bu kim isənədir və kimdir. Beyrəyin ürəyi sıxıldıqca sıxılırdı. Beyrəkətrafına baxdığı zaman hansısa qəribə və əcaib məxluqlargörürdü. Beyrək artıq bilirdi ki, bunlar buluddular. Bu buludparçaları gah aslana dönür, gah buğaya, buğraya çevrilir, gah da şahə qalxmış atlar olurdular. Bulud xatun Beyrəyin beləəhvalından əndişələnərək onu şənləndirmək üçün hərdən buqəribə məxluqları bir-birilə boğuşdururdu. Aslanlar aslanlarla, dəvələr dəvələrlə, köpəklər köpəklərlə boğuşur, sonra da əriyibyox olurdular. Beyrək bir müddət bu boğuşmaya diqqət edibhəvəslə seyr edər, boğuşmadan sonra yenidən qəlbinə hamananlamadığı kədər və qüssə gəlib dolardı. Get-gedə Beyrəksaralır, solur, gözlərinin dərinliyindəki qüssə baxışlarına qədərgəlib orada özünə məskən salırdı…
Nəhayət, Bulud xatun Beyrəyin bu halına dözə bilmədi. Bir güno, Beyrəyə belə dedi:
– Sənin yaddaşını səndən alıblar. Bunu Bayburd bəyinin sehrbazqızı edibdir. Mən dəxi yaddaşını sənə qaytarmağı diləmədim. İndi isə mən bir qərara gəldim. Sənə bir sualım vardır.
– Nədir sənin sualın? – Beyrək təəccüb içində sordu.
– Əgər mən sənin yaddaşını sənə qaytararamsa, gedib elində-obanda istədiklərinə qovuşarsansa, geri dönüb mənimlə buradaəbədi olaraq yaşamağına söz verirsənmi? Bir şeyi də bilməniistərəm. Burada səni böyük bir azadlıq gözləyir. Üz bu səmadənizində haraya istərsən. Amma Oğuzda sənin ölümün səniarar. Orada qalsan bu ölümdən qaça bilməyəcəksən…
Beyrək bu sözlərdən diksindi. Amma yenə də heç nə anlamadı. Özündən asılı olmadan Bulud xatuna da eynən Bayburd qızınaverdiyi sözlə belə dedi:
– Oxuma sancılayım. Qılıncıma doğranayım əgər gəlib buradasəninlə sonsuza qədər ömür sürməz isəm…
Beyrək dediyi sözlərə özü də inanmırdı. O bilirdi ki, Buludxatun onun üzünə baxan kimi qəlbindən keçənləri duyacaqdır. Onun üçün də üzünü qaçırıb pəncərədən aşağıları seyr etməyəbaşladı.
Bulud xatun əllərini uzadıb bir əlilə qara, o biri əli ilə ağ buludparçasını tutdu. Bu bulud parçalarını bir piyaləyə sıxaraq suyunuçıxardı. Sonra piyaləni Beyrəyə uzatdı. Beyrək piyaləni Buludxatundan alıb böyük bir heyranlıqla ona baxdı. Baxışı ilə onunlavidalaşdı. Sonra heç bir şey sormadan piyaləni tələsik başınaçəkdi. Elə o andaca onun gözlərini qırmızı bir qaranlıq bürüdü. Bütün bədəninə isti tər yayıldı. Huşu uçub harasa getdi. Bir ayıldığında özünü yenə də haman uca niyyət ağacının altındauzanmış bir halda gördü. Başının üstündən böyük bir buludtopası süzüb keçirdi. Beyrək o bulud topasının içində özmöhtəşəm sarayının qapısında bütün əzəməti ilə durmuş və onaböyük bir sevgi ilə baxan Bulud xatunu gördü. Bulud xatununsözləri qulaqlarında cingildədi:
– Unutma, Beyrək. Sən mənə söz verdin. Azadlığını unutma. İşlərini bitirəndən sonra niyyət ağacının altında gəlib durmanıistərəm. Unutma…
Beyrək daha dayanmadı, o uzandığı yerdən ayağa qalxıbciyərlərinin dərinindən gələn haman səslə Boz ayğırınıharayladı. Boz ayğır anındaca Beyrəyin səsinə səs verdi vəharadansa uçaraq gəlib niyyət ağacının altında peyda oldu. Beyrək son dəfə göy üzünə baxıb Bulud xatunu, onun sarayınıgörmək dilədi. Amma saray da, Bulud xatun da, qul-xəlayiq də, sarayın ətrafındakı əcaib məxluqat da yavaş-yavaş uzaqlaşır, əriyib yox olurdu. Yağış yağmağa başladı.
Beyrək Boz ayğırına minib Oğuz yolu ilə getməyə çalışdı. Oğuz yoluna düşmək asan olmadı. Nəhayət, Boz ayğır yol kənarındabitən otları, kolları qoxlaya-qoxlaya Oğuz yolunu tapdı vəbundan sonra dördnala bu əzablı və sirr dolu yolla var gücüləçapmağa başladı. Beyrək artıq xatırlayırdı. Ağlamaqdan gözləritutulmuş atasını, onun həsrətilə iztirablar keçirən anasını, bacılarını və əlbəttə ki, sevdiyi, könül verdiyi beşikgərtmənişanlısı Banuçiçəyi xatırlayırdı. Beyrək naibi olduğu Salur Qazanı, gənclik dostları Uruzu, Şirşəmsəddini, Qanturalını, Bəkili, alp Rüstəmi xatırlayırdı. Xatırladıqca Beyrək qəlbindəqəribə bir rahatlıq hiss edirdi.
Oğuza dönüşün əzablı yolu beləliklə, sona çatdı. YetdiklərindəBoz ayğır birbaşa Baybura bəyin evinin qarşısına getdi. Beyrəkbaxıb gördü ki, beş-altı çoban yol kənarından daş yığıb yolatökürlər. Əvvəlcə Beyrək qəzəbləndi:
– Çobanlar! – deyə bağırdı. – Nə edirsiniz? Yolda daş görən o daşı alıb kənara atar. Siz niyə daşı yola tökürsünüz?
Çobanlar Beyrəyə belə cavab verdilər:
– Bizim bəyimizin bir oğlu vardı. Adına Beyrək derlərdi. On altıildir qeyb olub. Ondan bir xəbər yox. Nişanlısının bu günbaşqası ilə düyünüdür. Yola daş tökürük ki, bu yol ilə o düyünəgedən olmasın.
Beyrəyin qəzəbi göydəki bulud kimi əriyib getdi:
– Halal olsun sizə ağanızın çörəyi.
Elə bu sözləri deyərkən Beyrək bir də gördü ki, qarşı tərəfdənəlində Dədəm Qorqudun sazı bir ozan gəlir. Bu ozan düyünəgedirdi…
Son





















