Kamalə Abiyevanın “Bir sevgi”si

Bu günlərdə Elm və təhsil nəşriyyatında istedadlı şair Kamalə Abiyevanın “Bir sevgi” adlı növbəti kitabı çap olunub. Kitabda Kamalə xanımın müxtəlif illərdə yazdığı oxucuların ruhuna yol tapan sevgi şeirlərinin bir qismi toplanıb.

İllərdi hitə çevrilən mahnı mətnlərinin də yer aldığı kitabın ön söz müəllifi və redaktoru f.e.d Esmira Fuaddır. Kitabın üz qabığının dizaynı artıq özünəməxsus işləri  və üslubu ilə diqqət çəkən  rəssam, bədii qrafik ustası Qumru Zeynallınındır. Texniki  redaktor Rövşanə Nizamiqızıdır.

“Oxucular yazır” başlığı altında verilən bölümdə oxucu məktubları-bəzi oxucuların şairin yaradıcılığı haqda maraqlı fikirləri yer alıb.

Qeyd edək ki, Kamalə Abiyevanın eyniadlı şeirinə   Xalq artisti, dövrümüzün əvəzsiz bəstəkarlarından olan Aygün Səmədzadə gözəl müsiqi bəstələyib. İnanırıq ki, kitab istedadlı müğənnimiz Lalə Məmmədovanın ifasında sevə-sevə dinlədiyimiz “Bir sevgi” mahnısı kimi seviləcək.

“ Bir sevgi”nin imza günü 15 aprel tarixində Çinar kitab evində ( Atatürk pr.59) keçiriləcək.

Share: