Kafesi bağlandı, qızı atasından ayrıldı… — “Hürrəm”in həyatdakı uğursuzluğu

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərlinin həyatındakı uğursuzluqları davam edir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, əvvəlcə Berlində açdığı “Nosh Nosh” adlı kafesini pandemiya, sonra da iqtisadi böhran səbəbindən bağlamalı olub.

Maddi çətinliklər yaşayan aktrisa sonra isə ailəsi ilə bağlı problemlə üz-üzə qalıb. Belə ki, qızı Lili amerikalı atası ilə ayrılıb. Çünki Məryəm Üzərli sevgilisinin ABŞ-yə köçmək təklifini qəbul etməyib. Buna görə cütlük ayrılmalı olub.


Share: