Kadi əməliyyat olunacaq

“Krasnodar”ın futbolçusu Kadi Borgesin vəziyyəti açıqlanıb.

“Qafqazinfo” “RP Sport”a istinadən xəbər verir ki, Kadi Borges zədə səbəbindən bu mövsüm “Krasnodar”a kömək etməyəcək.

Çünki yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. 

Xatırladaq ki, Premyer Liqa matçının ikinci hissəsində rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Huşunu itirən Kadi meydandan çıxarılıb. Sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb.


Share: