Kəlbəcərdə minik avtomobili aşdı, xəsarət alanlar var

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Share: