Jurnalist həbsxanada işgəncə ilə öldürüldü – FOTO

Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Kasser Səudiyyə Ərəbistanında həbsxanada işgəncə ilə öldürülüb.

Müstəqil.az xəbər verir ki, onun ölüm xəbərini hüquq müdafiəçilərinə istinadən sondakika.com saytı yayıb.

Əl-Kasser 2017-ci ilin martında Tvitter hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən Tvitterin Dubaydakı ofisində yaxalanmışdı.

Əl-Kasser jurnalist Camal Qaşıqçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib.

Share: