Joze Mourinyo “Mançester Yunayted”dən gedə bilər

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo mövsümün sonunda iş yerini dəyişə bilər.

54 yaşlı mütəxəssisin bu dəfə Fransa Liqasına getməsi ehtimallar arasındadır.

“Sky Sports”un jurnalisti Tom MakDermott iddia edir ki, portuqaliyalı mütəxəsis klub rəhbərliyinin fəaliyyətindən narazıdır. Məsələn, Mourinyo ötən yay Nemanya Matiçin transferinin ləngiməsi və 4-cü yeni futbolçunun heyətə cəlb edilməməsini unutmur. Onun agenti Jorje Mendeşlə PSJ artıq əlaqə saxlayıb. Portuqaliyalı menecer Mourinyonu Parisə aparmaq üçün kifayət qədər əlverişli təklif alıb.

Share: