Jirinovskinin oğlu atası ilə bağlı emosional paylaşım etdi

Rusiya Dövlət Dumasının sabiq deputatı, Vladimir Jirinovskinin oğlu İqor Lebedev ilk dəfə olaraq COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən atasının vəziyyəti barədə ictimai reaksiya verib. İ.Lebedev öz “Facebook” səhifəsində qısa olaraq “yalnız yaşa!” sözləri ilə status paylaşıb. 

Qeyd edək ki, V. Jirinovski fevralın 9-u Moskvanın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bəzi məlumatlara görə, siyasətçinin ağciyərlərinin 50-70 faizi zədələnib və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bildirilir ki, Jirinovskinin özü səkkiz dəfə COVID-19-a qarşı peyvənd olunub.

 

Müstəqil.Az

Share: