Japarov Qırğızıstan Prezidenti vəzifəsinin icrasına başladı

Sadır Japarov bu gündən etibarən rəsmi olaraq Qırğızıstan Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

Bu gün keçirilən inauqurasiya mərasimində Japarov Qırğızıstan xalqının rifahı naminə çalışacağına vəd edərək and içib.

Respublikanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şildabekova dövlət rəmzləri olan döş nişanını və prezident ştandartını Japarova təqdim edib.

Xatırladaq ki, Qırğızıstanda 10 yanvar tarixində erkən prezident seçkiləri  keçirilib. Seçici aktivliyi 40 faizdən aşağı keçən seçkilərdə Sadır Japarov 79,2%  səslə qalib gəlib.

Müstəqil.Az

 

Share: