“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Qadın- Ana və Yaranışdır” layihəsi çərçivəsində təlim keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Qadın- Ana və Yaranışdır” audiovizual vasitələrin köməyi milli-mənəvi dəyərlərin təbliği layihəsi çərçivəsində növbəti təlim Neftçala rayonu, Heydər Əliyev mərkəzində keçirilmişdir.

Açıklama yok.
Müstəqil.Az xəbər verir ki, Təlimdə Neftçala rayonunda yaşayan müxtəlif peşə ixtisasına sahib olan 35 qadın iştirak edib.
Tədbiri giriş sözü ilə açan İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova layihə haqqında məlumat verərək qeyd edib ki, İnsanın bir vətəndaş və şəxsiyyət kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir.

Açıklama yok.

Bu gün məişət zorakılığı və qadınlara qarşı ayrı-seçkiliyin səbəb və nəticələrini araşdırarkən, ilk növbədə, tərbiyə, əxlaq, ailə dəyərləri anlayışından, milli adət və ənənələrdən uzaq düşmələrin və nümunəvi milli ailə modelinə yad təsirlərin artmasının ailə və cəmiyyət sistemində çatların əmələ gəlməsinə səbəb olduğunu görürük. Daha sonra tədbirin təlimçisi psixoloq təlimçi Vüsalə Əmiraslanova filmlər, tamaşalar, ədəbi nümunələr üzərindən müzakirələr aparıb. Mövzu ətrafında müzakirələrdə iştirakçı xanımlar fəal iştirak ediblər.

Açıklama yok.
Təlimdə çıxış edən Neftçala rayon icra hakimiyyətinin nümayəndəsi Esmira Məmmədzadə , Neftçala rayon Heydər Əliyev mərkəzinin direktoru Könül Məmmədova və digər iştirakçılar qadınlar üçün belə bir təlimin keçirilməsinin vacibliyini vurğulayıb.

Müstəqil.Az

Share: