İYİ Partiyadan çıxıb MHP-yə üzv oldular

İYİ Partiyanın sədri Meral Akşenerin “altılı masa”da Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kemal Kılıçdaroğlunu dəstəkləməməsinin ardından partiyada istefalar başlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beykoz səmtində 30 nəfərlik qrup İYİ Partiyadan istefa verərək Milliyyətci Hərəkat Partiyasına (MHP) keçib.

Bundan sonra İYİ Partiya Beykoz Qurucu Şurasının üzvü Saffet Duman da partiyadan istefa verərək MHP-yə üzv olub.

Həmçinin, İYİ Partiyaya üzv olan bir çox şəxs də partiya sıralarını tərk edərək MHP-ni seçiblər.


Share: