İyi partiyada etirazlar başladı — Akşenerə etiraz

Xəbər verdiyimiz kimi İyi partiyanın sədri Meral Akşener “altılı masa”nı tərk etdiyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Akşenerin bu addımından sonra bir çox üzv İyi partiya sıralarını tərk etdiyini açıqlayıb.

İYİ Partiya Ümumi İdarə Heyətinin üzvü Bülent Gürsoy və bir çox partiya üzvü İYİ Partiya sədri Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləməyəcəyi fikrindən sonra partiyadakı vəzifəsindən istefa verib.

Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəsxlərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.



Share: