İtkin düşən reper tapıldı

İtkin düşdüyü bildirilən reper Teofil London tapılıb.

Kulis.az xəbər verir ki, musiqiçinin əmisi oğlu Noel sosial şəbəkələrdə onun tapılmasından danışıb.

“Londonu tapdıq. O, təhlükəsiz və sağlamdır. Əmim oğlunu tapmaqda göstərdiyiniz dəstəyə görə hamınıza təşəkkür edirəm”deyə o bildirib.

Xatırladaq ki, reperin atası dekabrda “Harada olursansa ol, bizə bir siqnal göndər. Nə olursa olsun, sənin üçün gələcəyik, oğlum” deyə sosial şəbəkədə yazmışdı.

Share: