İtkin düşən kişinin palıd ağacından asılmış MEYİTİ TAPILDI

Qubada intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Dəvədabanı massivində qeydə alınıb. Məlumata görə, burada yaşayan 37 yaşlı Əhmədov Əhməd Cəfər oğlu son 3 gün ərzində mütəmadi olaraq, spirtli içki qəbul edib.

O, daha sonra yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Bunu görən ailə üzvləri onun axtarışalrına çıxıblar. Nəticədə Ə. Əhmədovu yaşadığı evin bağında palıd ağacından elektrik naqillə asılmış halda tapıblar.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Share: