İtkin düşən aktyorun axtarıldığı ərazidə cəsəd tapıldı

Turistlər aktyor Culian Sandsın itdiyi ərazidə cəsəd tapıblar.

Kulis.az “Deadline”a istinadən xəbər verir ki, cəsədin şəxsiyyətini müəyyən etmək üçün ekspertiza aparılır və proses gələn həftə tamamlanacaq.

Cəsəd Sandsın yaxınlarının aktyorun axtarışı ilə bağlı ilk açıqlama verməsindən bir gün sonra tapılıb.

Qeyd edək ki, “A Room with a View” və “Warlock” filmlərindəki rolları ilə tanınan 65 yaşlı Sands yanvarın 13-də Baldi bölgəsində itkin düşüb. Dərhal axtarışlara başlanılıb, lakin növbəti axşam uçqun təhlükəsi səbəbindən ekipajlar dağdan çıxarılıb.

Share: