İtaliyanın ən sərt rejimli türməsindən son 100 ildə ilk – Məhkum qaçıb

Polşalı Robert. L adlı şəxs ukraynalı bənnanı öldürdüyü üçün saxlanıldığı İtaliyanın Napoli şəhərindəki Poggioreale həbsxanasından qaçıb.

Müstəqil.Az xəbər verir ki, məhbusların bazar duası üçün məbədə getməsindən istifadə edən məhkum mələfələri bir-birinə bağlayaraq həbsxana divarını aşa bilib.

Həbsxana rəhbərliyi bəyan edib ki, Robert adlı məhkum cəza evində yetərli sayda personal olmaması səbəbindən qaçmağı bacara bilib. O, əlavə edib ki, 2500 məhkumun saxlanıldığı həbsxananın cəmi 200 personalı var.

İtaliya mediası isə qeyd edir ki, 32 yaşlı polşalı məhkum son 100 ildə ilk dəfədir ki, Poggioreale həbsxanasından qaça bilən məhbusdur. Əlavə edilir ki, Avropanın ən çox məhkum saxlanıldığı Poggioreale həbsxanasında əsasən mafiya üzvləri cəzalarını çəkir.

 İmamət İsmayılova
Share: