İtaliya çempionatı: “Roma” darmadağınla məğlub oldu

İtaliya A Seriyasında 5-ci turun oyunları davam edir.

Müstəqil.Az  xəbər verir ki, bu gün daha 4 qarşılaşma keçirilib. “Roma” səfərdə “Udineze”yə darmadağınla uduzub.

Qeyd edək ki, “Napoli”nin 11 xalla liderlik etdiyi turnir cədvəlində “Udineze” 10 xalla 4-cü, eyni xalı olan “Roma” 5-ci, “Sassuolo” 6 xalla 11-ci, “Verona” 5 xalla 13-cüdür. Eyni xalı olan “Speziya” 14-cü yerdədir. “Bolonya” 3 xalla 16-cı, “Sampdoriya” 2 xalla 18-ci, “Kemoneze” isə 1 xalla 19-cudur.

İtaliya A Seriyası, 5-ci tur

4 sentyabr

“Kremoneze” – “Sassuolo” – 0:0

“Speziya” – “Bolonya” – 2:2
Qollar: Bastoni, 45+2. Sxauten, 54(avtoqol) – Arnautoviç, 7; 64.

“Verona” – “Sampdoriya” – 2:1
Qollar: Audero, 44 (avtoqol) Doiq, 45+3 – Kaputo, 40.

“Udineze” – “Roma” – 4:0
Qollar: Udoqi, 5. Samardziç, 56. Pereyra, 75. Lovriç, 82.

 

Share: