ISW: “İranda yenidən hökumət əleyhinə aksiyalar gözlənilir”

İran hökuməti Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində hökumət əleyhinə etirazların qarşısını almaq üçün tədbirlər görməyə davam edir.

Bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir.

Təhlilçilər vurğulayırlar ki, bununla əlaqədar yeni həbs dalğaları başlayıb. Belə ki, avqustun 17-də rejim bir qrup qadın hüquq müdafiəçisini Məhsa Əmininin ölümünün ildönümündə “xaos yaratmaq və vandalizmi qızışdırmaq” planlarına görə həbs edib, sentyabrın 7-də isə İran təhlükəsizlik xidmətləri etiraz təşkilatçıları şəbəkəsinin ifşa olunduğunu elan edib.

Daha əvvəl xəbər verilib ki, Məhsa Əmininin anım günü ərəfəsində hökumətin etirazçılara təzyiqləri artıb.

Share: