İsveçli sənədli film rejissoru Kolumbiyada qaçırıldı

İsveç vətəndaşı Ulf Bilger Erlingsson Şimali Santander inzibati bölgəsindəki Tibu qəsəbəsində ELN üzvləri tərəfindən qaçırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ELN sənədli film rejissoru və jurnalist Erlinqssonu qaçırdıqlarını təsdiqləyərək onun martın 1-də sui-qəsd və casusluq ittihamı ilə oğurlandığını bildirib.

İsveç səlahiyyətliləri, Ombudsman Aparatı və Katolik Kilsəsinin onlara müraciət etdiyini qeyd edən ELN, Erlinqssonun müəyyən müddətdən sonra sərbəst buraxılacağını açıqlayıb.

Kolumbiya hökuməti ilə ELN nümayəndələri arasında danışıqların üçüncü raundunun Kubanın ev sahibliyi ilə mayın 2-də başlayacağı gözlənilir.


Share: