İsveç Türkiyə ilə NATO-ya üzv olmaq barədə razılığa gələcəyinə ümid edir

Yanvarın 28-də İsveçin xarici işlər naziri Tobias Billstrem ölkəsinin NATO-ya daxil olması ilə bağlı iyulda Türkiyə ilə razılığa gələ biləcəyinə ümid etdiyini bildirib.

O qeyd edib ki, İsveçdə Quranın yandırılması ilə bağlı vəziyyət ölkənin alyansa daxil olması prosesini müvəqqəti dayandırıb.

“Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik. Memorandum və götürülən öhdəliklər həlledici olmalıdır”, – Billstrem bəyan edib.

Nazir İsveçin Türkiyə və Finlandiya ilə imzaladığı sazişdə yer alan bütün bəndləri yerinə yetirməyə və Türkiyə parlamentinin İsveçin müraciətini təsdiqləməyə yaxın olmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 23-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmda Türkiyəyə qarşı qalmaqallı aksiyalardan sonra NATO-ya üzv olmaq üçün bu ölkədən dəstək gözləməməlidir.

Mənbə: iz.ru

Share: