İstefa verən prezident səhvlərinə görə XALQDAN ÜZR İSTƏDİ

Bir müddət əvvəl istefaa verən Əlcəzair prezidenti Əbdüləziz Buteflika xalqa müraciət edib.

Müstəqil.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezident həmvətənlərinə təşəkkür edib.

“20 il ölkəyə rəhbərlik etdiyimə görə qürur duyuram. Mən adi insanam, səhv edə bilərəm. Yol verdiyim səhvlərə görə xalqdan üzr istəyiəm”, – Əbdüləziz Buteflika qeyd edib.

 

Daha sonra prezident deyib ki, siyasəti tərk edir, ancaq ölkənin gələcəyi üçün narahat deyil:

 

“Əminəm ki, yeni rəhbərliklə ölkədə islahatları davam etdirəcəksiniz və Əlcəzair daha da çiçəklənəcək”.

 

Qeyd edək ki, Ə.Buteflika ölkədə davam edən etirazlar fonunda istefa verib. O, ötən gün Konstitusiya Şurasının prezidentini rəsmən dövlət başçısı səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb.

Share: