İstanbuldakı konsulluq yalnız İstanbulda deyil…

Son vaxtlar İstanbuldakı konsulluğumuzun fəaliyyətsizliyi haqda söz – söhbət dolaşmaqdadır. Bu doğrudanmı belədir?
“İstanbuldakı konsulluqda azərbaycanlılara yaxşı xidmət göstərilməməsi barədə yayılan məlumatlarla razı deyiləm.”
Bu sözləri Müstəqil.Az-a İstanbulda yaşayıb, yaradıcılıq əmək fəaliyyəti ilə məşğuı olan tanınmış yazıçı-dramatruq Aygün Həsənoğlu deyib:
Şəxsən mən nə vaxt konsulluğa getmişəmsə, normal xidmət və münasibətlə rastlaşmışam. Lakin konsulluq qarşısında sıxlıq olduğu doğrudur. Bunun də səbəbi budur: Son bir neçə ildə Türkiyəyə 400 minə yaxın azərbaycanlı gəldiyi bildirilir. İstanbuldakı konsulluq yalnız İstanbulda deyil, ölkənin böyük bir ərazisinə xidmət göstərir. Müraciət edənlərin sayı artsa da konsulluğun işçilərinin sayı artmamışdır. Binanın ərazisi də lazımi tələblərə cavab vermir, yəni, kifayət qədər geniş deyil.
Problemin həllinin birinci yolu elektron müraciətə keçilməsidir. İşçi sayının artırılmasına da ehtiyac vardır.
Bundan başqa, konsulluq üçün daha geniş bina ayrılmalı və burada insanların gözləməsi üçün daha geniş yer ayrılmalıdır. Çünki konsulluğun olduğu ərazi İstanbulun ən bahalı, ən nüfuzlu ərazisidir. Sənəd gözləyən insanlar bu ərazidə yemək üçün restoranlara , kafelərə gedə bilmirlər. Oturmaq üçün bu tərəflərdə geniş parklar da yoxdur. Ona görə də elektron müraciətlərə keçilməsi ən uyğun variantdır.
Müstəqil.Az
 
Share: