İstanbulda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi keçirilib

İstanbulda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cumhuriyyətinin bir əsrinin tamamı münasibətilə tədbir keçirilib.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, “SOCAR Türkiyə”nin təşkilatçılığı ilə “Bir əsrlik dastan” mövzusunda baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı, eləcə də Türkiyə Cumhuriytinin keçdiyi bir əsrlil yolu özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Tədbirdə çıxış edən “SOCAR Türkiyə” şirkətinin baş direktoru Elçin İbadov 2023-ci il üçün xüsusi hazırlanan bu tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cumhuriyyətinin bir əsri ilə yanaşı, həm də SOCAR-ın Türkiyədə fəaliyyətinin 15-ci ildönümünə həsr edildiyini deyib. Bildirilib ki, bu 15 ildə SOCAR 18 milyard ABŞ dollarından artıq sərmayə ilə Türkiyənin ən böyük yatırımcısı olub.

Elçin İbadov “SOCAR Türkiyə” olaraq tədbirə ev sahibliyi etməkdən qürur və sevinc hissi keçirdiklərini ifadə edib.

Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva çıxışında bu ilin tariximiz baxımdan olduqca əhəmiyyətli dövrə şahidlik etdiyini bildirib.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən baş konsul Ulu Öndərimizin ölkəmiz üçün atdığı hər addımın azərbaycanlıların milli qürur və güvən mənbəyi olduğunu deyib.

Ulu Öndər Heydər Əliyevin türkçülük, xüsusilə Azərbaycan-Türkiyə birliyi adına atdığı mühüm addımıarı xatırladan Nərminə Mustafayeva bu gün bu birliyin Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüjsək zirvələrə ucaldıldığını vurğulayıb.

Tədbirin əsas, bədii hissəsində Türk xalqlarına məxsus rəqslər nümayiş etdirilib.

İstanbulun ən möhtəşəm səhnələrindən biri olan Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan rəqs şousu Azərbaycan və Türkiyə olaraq xalqlarımızın keçdiyi zəngin tarixi və mədəni yolu tərənnüm edib.

Konsert proqramı boyunca Azərbaycan və Türkiyənin keçdiyi bir əsrlik yolu əks etdirən fotoşəkillərdən ibarət videoçarxlar nümayiş etdirilib.

Share: