İstanbulda Hüseyn Cavid adına məktəb – VİDEO

Məktəbdə 300 azərbaycanlı ana dilində təhsil alır

Soydaşlarımız təhsilə cəlb olunur

Məktəb 3 ildir ki, fəaliyyətdədir, burada 10-dan çox sinif var. Şagirdlərin sayı 250-ni keçib, 300-ə yaxınlaşır…

Bura Hüseyn Cavidin adını daşıyan və hər yerində Azərbaycanın Dövlət rəmzlərinin olduğu məktəbdir. Təhsil ocağında tədris də Azərbaycan dilindədir.

Məktəbə tədris proqramı, tədris vəsaitləri, kitablar, müəllimlər üçün metodik vəsaitlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir.

Təhsil ocağında İstanbulda müvəqqəti yaşayan, övlad oxutdurmağa pulu olmayan və digər səbəbdən övladını təhsildən uzaq tutan ailələrin övladları oxuyur.

 

Share: