İstanbulda Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi…

Müstəqil.Az bildirir ki,Bu gün İstanbulda Azərbaycanlı gənclərin təşkilatçılığı ilə Aprel qələbəsinin 3-cü ildönümü qeyd edildi və şəhidlər anıldı.
“Azərbaycan ordusunun 2016 Aprel zəfərini qutlama, şəhidlərini anma və şeir proqramı” devizi ilə İstanbulda anım tədbiri keçirildi.
Türk Ədəbiyyatı Vakfının, İrak Türkmən Kültür və Dayanışma dərnəyi və Azərbaycan Gənclərinin İstanbul Hərəkatının təşkilati dəstəyi ilə təşkil edilən tədbirdə Türkiyə, Azərbaycan, Təbriz, Borçalı ve Kərkük türkləri iştirak etdilər.
İlk olaraq, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə tədbirin təşkilatçılarından Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gənclərinin İstanbul Hərəkatı idarə heyətinin üzvü Qabil Ədalət açaraq Aprel, ardınca da Afrin zəfərindən dolayı bütün türk dünyasını bir daha qutladı. Sonra tənqidçi-yazar Rübabə Sahib Aprel döyüşlərinin təfərrüatlarından, aprel zəfərinə beynəlxalq aləmdə verilmiş dəyərdən, həmin döyüşlərdə qazanılan qələbə nəticəsində Azərbaycan xalqında böyük ruh yüksəkliyinin yaranmasından danışdı .
Daha sonra iştirakçılar – AGİH-in rəhbəri Rəşad Rza, Sosial şərhçi Ramiyə Məmmədova, gənc fəal Ağa Əlizadə, İstanbulda fəaliyyət göstərən Iraq Türkmən Kültür və Dayanışma Dərnəyinin üzvü Ümid Kərkük, Türk şairləri,Ankara’dan Kəmaləddin Kalkan, Mehmet Ali Demircan, Hamdi Balık, Kerküklü şair Eyyub Kərkük, Ankara Sənət Platformunun Azərbaycan üzrə rəsmi nümayəndəsi Qalibə Cəfərova, tədbirin təşkilatçılarından gənc şair, AYB-nin üzvü Günay Nəriman və gənc şair, DGTYB-nin üzvü Gülnarə İsrafil çıxışlarında Lələtəpədə qazanılan qələbənin mahiyyətindən və həmin döyüşlərdə Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq haqqında tədbir iştirakçılarına geniş məlumat verib, öz şeirlərini səsləndirdilər. Tədbirdə QHT və bir sıra media nümayəndələri, o cümlədən TRT-nin əməkdaşı Ahmet Bahceçi iştirak edirdi.
Tədbir Türkiyəli Ud ifaçısının bəstələdiyi “Qarabağlı uşaq” əsəri ilə yekunlaşdı.
Fotolar:
Günay Nəriman 
İstanbul

Müstəqil.Az

Share: