“İsrailin təhlükəsizliyi dünyanın təhlükəsizliyidir”

“İsrailin təhlükəsizliyi ABŞ-nin və bütün dünyanın təhlükəsizliyidir”.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə Fələstin-İsrail münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, burada söhbət partiyalardan və ya siyasətdən getmir:

“Bu, bizim dünyamızın təhlükəsizliyi, ABŞ-nin təhlükəsizliyi ilə bağlıdır… Mən hər hansı bir dövlətə, istənilən təşkilata, hər hansı bir oyunçuya müraciət edirəm – İsrailə hücum etməyi düşünməyin! İsrail vəhşiliklərə cavab verəcək. Biz İsrailin istənilən müdafiə ehtiyacını təmin edəcəyimizə zəmanət veririk”.

 ABŞ Prezidenti bildirib ki, ABŞ İsrailə əlavə hərbi yardım – “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemləri üçün sursat və raketlər də ayıracaq.


Share: