İsrailin Qəzzaya humanitar yardım aparan 7 nəfəri öldürməsi Ağ Evi qəzəbləndirib

İsrailin World Central Kitchen təşkilatının Qəzzaya humanitar yardım aparan 7 işçisini öldürməsi Ağ Evin qəzəbinə səbəb olub.

xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, məsələ Baydeni nadir hallarda yol verdiyi “qəzəblənmək” sözündən istifadə etməyə məcbur edib. O, bəyanatında yardım işçilərinin öldürülməsinə görə qəzəbləndiyini, eyni zamanda kədərləndiyini ifadə edib.

ABŞ Prezidenti həmçinin İsrailinin mülki şəxsləri qorumaq üçün kifayət qədər çalışmadığını, bu insidentin isə ilk dəfə baş vermədiyini qeyd edib.

“Onlar müharibənin ortasında ac mülki şəxslərə qida aparırdılar. Onlar cəsur və fədakar idilər. Onların ölümü faciədir. Daha faciəvi olan budur ki, bu, yeganə insident deyil”, – Baydenin bəyanatında qeyd edilib.

ABŞ Prezidenti Qəzzada müharibənin son dövrlərdə baş verən ən çox yardım işçisinin öldürüldüyü ən pis münaqişələrdən biri olduğunu, bunun Qəzzada humanitar yardımın paylanılmasını çətinləşdirən əsas səbəb olduğunu qeyd edib.

“İsrail mülki şəxslərə son dərəcə ehtiyac duyulan yardımı çatdırmağa çalışan yardım işçilərini qorumaq üçün kifayət qədər iş görməyib”, – Baydenin bəyanatında qeyd edilib.

Share: