İsrailin Ben-Gurion aeroportunda uçuşlar dayandırıldı

İsraildə məhkəmə islahatına etiraz əlaməti olaraq Ben-Gurion hava limanında uçuşlar dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Haaretz” qəzeti yayıb. 

Məlumata görə, Tel-Əviv aeroportunun işçiləri İsraildə elan olunan kütləvi tətil çərçivəsində hava limanını bağlayır və təyyarələrə reys həyata keçirməyə icazə vermirlər. 

Qeyd olunur ki, aeroport administrasiyası xarici ölkələrdən reyslərin qəbul edilib-edilməməsi barədə hələ qərar verməyib.

 


Share: