İsraildə ölənlərin sayı 1400-ə çatdı

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 1400-ə çatıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yaralanların sayı isə 3500 nəfərdir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.


Share: